Bazar , 5 Aprel 2026
Drone Cameras

Məşhur generalın oğlu namizəd oldu

Daxili işlər nazirinin sabiq birinci müavini mərhum general Zahid Dünyamalıyevin oğlu Vəli Dünyamalıyev növbədənkənar parlament seçkilərində iştirak edir.

Bu barədə Vəli Dünyamalıyevin seçki qərərgahından məlumat verilib.

Vəli Dünyamalıyev namizədliyini Gəncənin 40 Saylı Kəpəz ikinci seçki dairəsindən irəli sürüb. Bu dairədən digər namizəd isə deputat Musa Uruddur. Onun Gəncəni seçməsi isə təsadüfü olmayıb. Belə ki, atası Zahid Dünyamalıyev sovetlərin çökməsi və müstəqilliyin ilk dönəmlərində Gəncənin polis rəisi olub. Şəhərdə böyük hörmət qazanan mərhum generalın övladlarına da gəncəlilərin eyni münasibəti qalmaqdadır. Vəli Dünyamalıyevin özünə gəldikdə isə qeyd edək ki, o, şagird kimi ilk illərini Gəncədəki 16 saylı orta məktəbdə oxuyub. Ali təhsilini BDU-nun hüquq fakultəsində alan Vəli Dünyamalıyev uzun illər Milli Təhlükəsizlik Nazirliyində çalışıb. 2010-cu ildən özəl sektorda fəaliyyət göstərir. Ailəlidir, 2 övlad atasıdır. 

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …