Cümə , 22 Noyabr 2024
Drone Cameras

Məzahir Pənahov: “AŞPA-nın dəvət edilməməsinə MSK cavabdeh deyil”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbədənkənar prezident seçkilərini izləməsi üçün dəvət edilməməsinə Mərkəzi Seçki Komissiyası cavabdeh deyil.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.

O xatırladıb ki, seçki qanunvericiliyinə əsasən, üç qurum beynəlxalq müşahidəçi dəvət edə bilər: “Bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasıdır:

“Bu qurumların dəvət etdiyi təşkilatlar və şəxslər seçkiləri müşahidə etmək üçün gələ bilərlər. Məsələn, Milli Məclis xarici parlamentlərin nümayəndələrini, XİN aidiyyəti üzrə qurumları, MSK isə xarici seçki komissiyalarını dəvət edə bilər. AŞPA-nı dəvət etmək isə bizim səlahiyyətimizdə deyil. Bu baxımdan onların dəvət edilməməsinə görə də cavabdeh deyilik”.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …