Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

Məhəmmədəli Qəribli: “Türkiyə yalnız sizin bir- iki dostunuzdan və separatçılarla görüşən 3-4 nəfərdən ibarət deyil”

Azərbaycanda bir dəstə adam peyda olub. Aralarında müxtəlif peşə sahibləri var. Sanki Türkiyənin ölkəmizdəki səfirliyi rolunu oynayırlar. İmkan vermirlər ki, qardaş ölkə ilə bağlı yaranan hansısa müzakirələrə və ya aydınlaşdırılması vacib olan məsələyə həmin ölkənin öz rəsmiləri və ya ölkəmizdəki səfirlik reaksiya versin. Maraqlıdır ki, öz dövlətimiz basqıya məruz qalanda onlardan bu fəallığı görmürük. Keçim mətləbə. Bilirsiniz ki, bir qrup boynuyoğun türk “ziyalısı” Dağlıq Qarabağa qanusuz səfər etdi. Azərbaycan haqlı olaraq buna etiraz etdi və həmin adamlar barəsində Baş Prokurorluq tərəfindən cinayət işi qaldırıldı. Qeyd edim ki, Azərbaycanın əlaqədar qurumları bu addımı yalnız türk vətəndaşları ilə bağlı atmır. Dağlıq Qarabağ “de-yure” Azərbaycan ərazisi olduğu üçün, beynəlxalq konvensiyaların və Azərbaycanın daxili qanunvericiliyinin tələblərinə görə, ora edilən bütün səfərlər Azərbaycan hakimiyyəti ilə razılaşdırılmalıdır.

Buna əməl etməyənlərin aqibətini bilirsiniz. Adları XİN-nin tərtib etdiyi “qara siyahı”ya salınır, barələrində cinayət işi açılaraq həmin adamlar beynəlxalq axtarışa verilir. Hətta bu əməlin yiyəsi olanların bəzilərinin payına Azərbaycanda həbsxana həyatı yaşamaq da qismət olub. Söhbət üç böyük ölkənin vətəndaşlığını daşıyan bloqer Lapşindən gedir. Belarus hakimiyyəti bütün beynəlxalq təzyiqlərdən çəkinmədən həmin adamı tutub Azərbaycana təhvil verdi. Məhz Dağlıq Qarabağa etdiyi qanusuz səfərə görə, ölkəmizdə onun barəsində ittiham hökmü çıxarıldı.
Hazırda Azərbaycan cəmiyyəti haqlı olaraq belə bir suala cavab axtarır: qardaş dediyimiz Türkiyə niyə gedib separatçılarla görüşən vətəndaşlarını tutub Azərbaycana təhvil vermir və ya öz daxilində onlar barəsində hansısa araşdırmaların aparılmasına başlamır? Məgər bu haqlı sualı verən və ya bunu müzakirəyə çıxaranlar təzyiq və ya təhqirlərə məruz qalmalıdır?

Təəssüflər olsun ki, biz həmin adamlarla bağlı Türkiyənin gündəmində fərqli və xoşagəlməz bir mənzərənin yarandığını görürük. Separatçı ermənilərlə dostluğa meyilli olan həmin 3-4 “ziyalıya” Türkiyənin aparıcı mediası böyük diqqət ayırır, adamlar çıxdıqları efirdə öz əməllərinə haqq qazandırırlar. Bəli, biz buna etiraz etməliyik. Çünki haqqımız çatır. Biz Türkiyə ilə bağlı yaranmış anoloji vəziyyətlərdə fərqli davranmışıq. Ən həssas məqamda Fətulla Güləndən götürülən müsahibənnin yayılmasına görə, ölkənin ilk müstəqil telekanalı bağladıldı. Belə misalları çox çəkmək olar, ancaq lüzum bilmirik. Biz haqlı olaraq eyni və adekvat münasibətin qardaş ölkədən sərgilənməsini istəyirik.
Çox təəssüflər olsun ki, çörəkləri hazırda Türkiyədən çıxan bəziləri belə haqlı mövzulara toxunan adamları az qalırlar türk düşməni kimi qələmə versinlər. Baxırsan ki, onlardan çoxunu heç tanımırsan. Güman ki, çoxları təzəcə kanala düşənlərdi.

Allah bazar versin! Ancaq öz bazarınızda olun, başınızdan yuxariya qətiyyən tullanmağa cəhd etməyin. Bilin ki, atdığınız çamurlar bizə yapışmaz. Biz gəncliyimizdə milliyyətçi cameədə olanda, sizin nə işlə məşğul olduğunuz heç bəlli deyil. Amma bir az maraqlandan sonra öyrənə bildim ki, bu sahədə diletansınız. Bilin və agah olun ki, bu cür həssas məsələdə siz və heç kim Azərbaycan cəmiyyətinə, onun ayrı-ayrı fərdlərinə necə davranmağı, danışmağı diqtə edə bilməz. Biz Türkiyə ilə qardaşıq, ancaq fərqli dövlətlərik. Siz də Türkiyəni bizdən artıq sevə bilməsiniz. Qulağınızda birdəfəlik sırğa edin ki, Türkiyə yalnız sizin bir- iki dostunuzdan və separatçılarla görüşən 3-4 nəfərdən ibarət deyil. Bu gün Azərbaycanın dövləti və milli maraqları bizim qanunlarımızı pozanların cəzalandırılmasını tələb edir. Belə olmasaydı rəsmi qurumların anoloji münasibəti olmazdı. Yadınızda saxlayın, nə vaxta kimi həmin adamlar Türkiyədə bəslənəcəksə, biz də bu halı ən sərt tənqid edənlərdən olacayıq.

Məhəmmədəli QƏRİBLİ

 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir