Şənbə , 27 İyul 2024
Drone Cameras

Makron və PSJ klubunun prezidenti Mbappenin dəvətini qəbul etməyib

PSJ-nin hücumçusu Kilian Mbappenin mövsümün sonunda komandanı tərk etməsi münasibətilə təşkil etdiyi vida mərasiminə Fransa prezidenti Emmanuel Makron və klubun rəhbəri Nasser Əl-Xelaifi qatılmayıb.

Boyukmillet.com xəbər verir ki, 25 yaşlı futbolçu onların hər ikisinə dəvət göndərib.

Ancaq Parisdə baş tutan tədbirə nə E.Makron, nə də N.Əl-Xəlaifi gəlib. PSJ-nin rəhbərinin K.Mbappe ilə münasibətləri qaydasında deyil. Makronun tədbirə qatılmamasının səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, hücumçu 2017-ci ildən PSJ-də çıxış edir. O, 2023/2024 mövsümündə paytaxt klubunun heyətində meydana çıxdığı 47 oyunda 44 qola, 10 məhsuldar ötürməyə imza atıb. Mbappenin 2024-cü ilin yayında azad agent kimi İspaniyanın “Real” klubuna keçəcəyi bildirilir.

Check Also

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Konfrans Liqasına təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə …