Fransa Prezidenti Emmanuel Makron yeni baş nazir Sebastyen Lekornuya oktyabrın 5-i axşama qədər kabinetin formalaşdırılmasını tapşırıb.
Boyukmillet.com-un xəbərinə görə, bu barədə BFMTV mənbəsinə istinadən məlumat yayıb.
Telekanal dəqiqləşdirib ki, siyasətçi 25-26 nazir və dövlət katibindən ibarət sıx bir komanda formalaşdırmağı tapşırıb. Onun üzvləri ölkənin sol qüvvələri ilə dialoqa hazır olmalıdırlar.
“Hökumət bazar günü axşam formalaşdırılmalı olsa da, onun tərkibi son düzəlişlərdən sonra ən geci bazar ertəsi səhər elan edilə bilər”, – BFMTV vurğulayıb.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
