Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Marneulidə iki Azərbaycan vətəndaşı saxta əskinasların mübadiləsinə görə saxlanılıb

Gürcüstanın Kvemo Kartli Polis İdarəsinin Marneuli Rayon Şöbəsi əməkdaşları iki Azərbaycan vətəndaşını saxlayıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 1966-cı il təvəllüdlü C.M. və 1993-cü il təvəllüdlü M.M qabaqcadan əlbir olaraq külli miqdarda saxta pul mübadiləsi faktı ilə ittiham olunurlar.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər “Qırmızı Körpü” gömrük-keçid məntəqəsinin yaxınlığında yerləşən valyutadəyişmə məntəqəsində 7 ədəd saxta 500 avroluq əskinası dəyişdiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxta pulları sübut kimi götürüblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb. Qanunvericiliyə əsasən, bu əməlin cəzası 10 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutur.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …