Bazar ertəsi , 12 May 2025
Drone Cameras

Martın 16-da Ankarada TDT-nin növbədənkənar zirvə toplantısı keçiriləcək

Martın 16-da Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) növbədənkənar zirvə toplantısı keçiriləcək.

Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

“Martın 16-da Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə TDT-nin zirvə toplantısı keçiriləcək. İclasda Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım mövzusu müzakirə olunacaq”, – nazir vurğulayıb.

Qeyd edək ki, TDT-nin sonuncu zirvə toplantısı ötən ilin noyabr ayında Özbəkistanın Səmərqənd şəhərində baş tutub.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.

Check Also

Azərbaycan Prezidenti faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev “X” sosial şəbəkəsindəki hesabında 9 May – Faşizm üzərində Qələbə Günü …