Bazar , 29 Noyabr 2026
Drone Cameras

Nikol Paşinyan: “KTMT Ermənistandan çıxır”

“Fikrimcə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) istəsə də, istəməsə də Ermənistandan çıxır”.

Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.

O, bunun rəsmi İrəvan üçün narahatverici olduğunu bildirib.

N.Paşinyan söyləyib ki, 2022-ci ildə KTMT-nin baş katibi Ermənistanın təşkilatdan çıxacağı ilə bağlı ifadə səsləndirmişdi: “Mən isə bildirmişdim ki, bizim qorxumuz KTMT-nin Ermənistandan çıxmasıdır”.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …