Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Martın 16-da Ankarada TDT-nin növbədənkənar zirvə toplantısı keçiriləcək

Martın 16-da Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) növbədənkənar zirvə toplantısı keçiriləcək.

Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tviterdə yazıb.

“Martın 16-da Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə TDT-nin zirvə toplantısı keçiriləcək. İclasda Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım mövzusu müzakirə olunacaq”, – nazir vurğulayıb.

Qeyd edək ki, TDT-nin sonuncu zirvə toplantısı ötən ilin noyabr ayında Özbəkistanın Səmərqənd şəhərində baş tutub.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.

Check Also

Serbiya NATO-dan təzminat TƏLƏB EDİR – MƏBLƏĞ

NATO tərəfindən Serbiyaya dəyən zərərə görə ən azı 500 milyard avro ödənilməlidir. Musavat.com xarici KİV-ə istinadən …