Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Masallı sakinindən 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Masallı sakinindən 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Eldəniz Mirzəyev saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki çantadan 4 kiloqram 500 qram marixuana, 1 kiloqram heroin, 1 kikoqram metamfetamin aşkarlanaraq götürülüb.

Araşdırmalarla narkokuryerliyə cəlb edilən E.Mirzəyevin ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitə və psixotrop maddəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib. Həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …