Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Masallı sakinlərində 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Masallı sakinlərində 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri əvvəllər məhkum olunmuş Elvir Qafarov və Vüsal Abdullayev saxlanılıblar.

Keçirilən baxış zamanı Elvir Qafarovun üzərindən və əlindəki çantadan ümumilikdə 8 kiloqram marixuana, 2 kiloqrama yaxın heroin, 1 kiloqram metamfetamin aşkarlanaraq götürülüb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …