Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Masallıda qaz xətti qırılıb, 2 min abonentin qaz təchizatı dayanıb

Masallı rayonu Təzə Alvadı qaz paylayıcı stansiyadan qidalanan Meşəkənarı istiqamətində Yeyənkənd, Böyük Xocavar, Tatyanoba, Güllütəpə, Meşəkənarı kəndlərini təbii qazla təmin edən diametri 273 mm orta təzyiqli qaz xətti güclü şaxtanın təsirindən qırılıb.

Boyukmillet.com-un məlumatına görə, nəticədə 2 min abonentin qaz təchizatı saat 04:20-dən dayandırılıb.

“Sakinlərin qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş edilir”-deyə, məlumatda vurğulanıb.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …