Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

MDB ölkələrinin Baş Qərargah Rəisləri Komitəsinin iclası oktyabrın 12-də Bakıda keçiriləcək

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası oktyabrın 12-də Bakıda keçiriləcək.

Bu barədə “Boyukmillet.com” MDB İcraiyyə Komitəsinin Mətbuat Xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, iclas ilə bağlı təşkilati məsələlər sentyabrın 12-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və ölkədə səfərdə olan MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin arasında baş tutmuş görüşdə müzakirə olunub.

Check Also

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ – RƏSMİ

Xarici ölkələrdə təhsil alan tələbələrə hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil aldıqlarını təsdiq edən …