Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edilib.

Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, hər birinizə xoş arzularımı çatdırıram. Yola saldığımız il yaddaşımıza Şanlı Zəfər ili kimi əbədi həkk olunacaq. Bu Zəfərin qazanılmasında xalqımızın sarsılmaz birliyi, həmrəyliyi, qətiyyəti və iradəsi müstəsna rol oynayıb. Qoy bütün məsələlərin öhdəsindən uğurla gəlməyimizə imkan yaradan birliyimiz günü-gündən möhkəmlənsin! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə – sülh, əmin-amanlıq və tərəqqi diləyirəm!”.

Check Also

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. …