Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Mehriban Əliyeva şəhidlərin xatirəsini yad etdi – FOTO

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim. 

Bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva şəxsi “Instagram” hesabında qeyd edib. 

Şəhidlərin qəhrəmanlığı qarşısında baş əydiyini bildirən Mehriban Əliyevanın paylaşımında deyilir: “Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub. 
Allah rəhmət eləsin. Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!”

Check Also

Vardanyanı biz həbs etməsəydik, İrəvanda Paşinyan həbs edəcəkdi” – Politoloq

Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə …