Cümə , 5 İyul 2024
Drone Cameras

Melkonyanın başının kəsilməsindən 25 il keçir: Ramiz Mehdiyev terrorçunu lənətləyir…

Azərbaycan 25 ildir sürükləndiyi qara zolaqdan çıxmaqdadır. 4 günlük aprel döyüşlərində işğalçının burnunun ovulmasının ardından iyunun ilk günlərində Naxçıvanda nəzərəçarpacaq əraziləri azad etməklə rəsmi İrəvana ikinci şok yaşatmağımız cəmiyyətin ovqatını yüksəltdiyi kimi silahlı qüvvələrimizin də tarixi qələbə əzmi birə beş artıb. 
 
Artıq kimsə o torpaqların daha bir neçə il də yağı tapdağında inləyəcəyini düşünmür. Hamı bir himə bənddir və məmləkət insanı Ali Baş Komandan tərəfindən Müqəddəs Savaş elan olunmasını, yaxud sadəcə antiterror əməliyyatına başlamağımızla bağlı bütünü dünyanı xəbərdar edəcəyi günü gözləyir. 
Bu gün iyunun 12-dir. Düz 25 il öncə məhz iyunun 12-də Azərbaycan əsgəri kimsənin gözləmədiyi halda təkcə işğalçı Ermənistana deyil, başda ABŞ, Fransa və Rusiya olmaqla ermənipərəst ikiüzlü dünyaya tərs şillə vuraraq ASALA terror təşkilatının əsas simalarından olan Monte Melkonyanı diz çökdürməklə başını it başı kimi kəsmişdi. Üstündən 25 il keçsə də bu saqqallı terrorçubaşını kimin öldürməsi üstündə daxili çəkişməni üzüntü ilə seyr etsək də bir həqiqət danılmazdır ki, kəşfiyyatçı İbad Hüseynovun dünyaya səs salmış bu qəhrəmanlığı sabah Müqəddəs Savaşımızda işğalçının üzərinə şığıyacaq əsgər və zabitlərimiz üçün ölçüyəgəlməz bir stimul olacaq. 
 
İbadın Ermənistana və onun havadarlarına qulaqburması verməsi sadəcə onu sevənlərin fantaziyası deyil və bu qəhrəmanlıq xüsusi xidmət orqanlarının və dövlətin ən ali orqanının rəhbərinin faktlara söykənən rəyində öz əksini tapıb. 
 
Təkcə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 2015-ci ildə bir neçə dildə çap olunan “Dağlıq Qarabağ: Qaynaqların dili ilə tarix” kitabında İbad Hüseynov haqqında yazıılanları xatırlamaq və xatırlatmaq mühakimə yürütməyi bacaran diribaş oxucu üçün kifayət etməlidir:
“Xarici düşmən Azərbaycanın daxilindəki ağır böhranlı şəraitdən istifadə edərək, cəbhədə üstünlüyə nail olmaq üçün fürsət əldə etmiş oldu. Azərbaycanın mərkəzi rayonlarını ələ keçirmək məqsədilə Yerevan həmin dövr irimiqyaslı hücum əməliyyatı hazırlayırdı. Azərbaycanı parçalayan faktiki anarxiya, hakimiyyətsizlik, vətəndaş qarşıdurması və separatçılıq ab- havasının hökm sürdüyü bir dövrdə bütün ölkə xarici düşmən üçün asan qənimət ola bilərdi. 
    
Yerevanın bu planını yenə də həmin o səhra komandiri, ASALA-nın lideri Monte Melkonyan həyata keçirməli idi. Hücum 1993-cü ilin iyun ayının ortalarına təyin olunmuşdu. Lakin böyük hücum əməliyyatından bir neçə gün əvvəl İbad Hüseynovun başçılıq etdiyi Azərbaycan kəşfiyyat qrupu erməni silahlı qüvvələrinin nəzarət etdiyi əraziynin dərinliyinə baş vurur. 1993-cü ili 12 iyun tarixində Xocavənd rayonunun Muğanlı kəndində azərbaycan kəşfiyyatçıları ilə üzbəüz toqquşmada Monte Melkonyan öldürülür.
Beynəlxalq dairədə Monte Melkonyan ən ağır cinayət hadisələrini öz üzərinə götürə biləcək təhlükəli bir element kimi qəbul edilirdi. Erməni terrorizminin hədəf aldığı ölkələrdə o, uzun illər əsl təhlükə mənbəyi kimi tanınırdı. Hələ 1970-ci illərdən M.Melkonyan (Kaliforniya ştatının sakini, ixtisasca arxeoloq, əsl siması terrorist) müxtəlif ölkələrin xüsusi xidmət orqanları üçün ələkeçməz sayılırdı. Bu müddət ərzində bir çox ölkələrdə çoxsaylı dinc əhalinin ölümü ilə nəticələnən terror hadisələri həyata keçirib. Bu əməllərinə görə Fransa həbsxanasında cəza çəkərkən, bu ölkənin də mötəbər qurumları onun haqqında müfəssəl məlumata malik idilər. Lakin Fransa höküməti onu cəza müddəti başa çatmadan azad etdi. Bir şey dəqiq məlum idi: Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda Melkonyanın həbsdən azad edilməsi və Ermənistana ötürülməsi bir zəncirin həlqəsi kimi məqsədyönlü şəkildə həyata keçirilmişdi.
Ermənistan SSRİ-nin rəhbərliyi və ictimaiyyəti belə görünür ki, tarixi vətənləri yolunda xüsusi xidmətlərinə görə terrorist hesab olunan birinə qucaq açdı, o şəxsə ki, bir çox ölkələrdə çoxsaylı dinc əhalinin ölümünə səbəb olmuş qanlı terror hadisələrinin müəllifi kimi rəsmi ittiham hələ üzərində idi.
   
Azərbaycana qarşı aparılan işğalçılıq müharibəsində Melkonyanın üzləşdiyi aqibət əsl ədalətin qələbəsi idi”.
 
DTK-nin uzun illərdi Moskvaya sığınan keçmiş sədri Vaqif Hüseynovun Melkonyanın başının kəsilməsinə göz yaşı axıtması da bir daha onun təsdiqi hesab oluna bilər ki, Azərbaycan oğulları istənilən an işğalçı üçün cəllad olmağa hazırdı və şəhidlərimizin qanını yerdə qoymayacaq cəsarətə sahibdir. İnşallah nankor qonşularımıza başqasının torpağna göz dikməyin aöılr bədəlini ödətdirəcəyimiz gün uzaqda deyil və Azərbaycan tezliklə yüzlərlə deyil, minlərlə İbadı, Mübarizi olduğunu bütün  dünyaya bir daha göstərəcək…

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir