Cümə , 5 Dekabr 2025
Drone Cameras

Messi Çempionlar Liqasında yeni rekorda imza atıb

Fransanın “Paris Sen-Jermen” futbol klubu Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun matçında öz meydanında İsrailin “Makkabi” klubunu qəbul edib. Görüş 7:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Boyukmillet.com xəbər verir ki, hücumçu Lionel Messi iki qolla yanaşı, iki məhsuldar ötürmə də edib.

Bununlada o, Çempionlar Liqası tarixində bir matçda iki qol vurub, iki məhsuldar ötürmə edən ən yaşlı futbolçu (35 yaş və 123 gün) olub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha 6 oyunu keçirilib. Bununla 1/8 finalın növbəti 3 iştirakçısı bəlli olub.

(Report)

Check Also

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil …