Futbol üzrə İtaliya A Seriyasında XXIV turun mərkəzi görüşü “İnter” və “Milan” komandaları arasında keçirilib.
Boyukmillet.com xəbər verir ki, “San Siro” stadionunda təşkil olunmuş görüş nominal qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1.
“Milan”ın qollarını 75-ci və 78-ci dəqiqələrdə Olivye Jiru vurub. “İnter”dən isə 38-ci dəqiqədə İvan Perişiç fərqlənib.
Bu, tarixdə 230-cu Milan derbisi olub. Qarşılaşmaların 78-də “Milan”, 84-də “İnter” qələbə əldə edibsə, 68 matç heç-heçə ilə yekunlaşıb. “Qırmızı-qaralar” “qara-göylər”i 14 noyabr 2010-cu ildən sonra ilk dəfə səfərdə yenməyi bacarıb. 12 il əvvəl “Milan” 1:0 hesablı qələbəyə nail olmuşdu.
Qeyd edək ki, “İnter” hazırda 23 oyundan 53 xalla A Seriyasında liderdir. “Milan” isə bu qalibiyyət sayəsində 24 matçdan 52 xalla 2-ci pilləyə qalxıb.