Cümə , 22 Noyabr 2024
Drone Cameras

Milçəklər nəcisə qonur, Cəmil Həsənli – REPLİKA

Guya ziyalı, guya professor, guya siyasətçi, guya prezidentliyə iddiaçı olan bu adamın ağlına-dərrakəsinə, səviyyəsinə, danışığına bir baxın…

Azərbaycan vətəndaşları onu 2013-cü ildə urvatsız bir şəkidlə prezidentliyə namizəd elan edilməsinə görə tanıyır. O il keçirilən prezident seçkilərində Rusiya kəşfiyyatının müəyyən dairələri Abbas Abbasovu, bir müddət sonra Azərbaycanda prezident, daha doğrusu canişin edə bilmək üçün Rüstəm İbrahimbəyov avantürasını ortaya atmış, Moskvadakı heç də hamısı azərbaycanlı olmayan oliqarxların pulu ilə Milli Şura yaratmışdılar.

Sonra Rüstəm bəy Azərbaycana gələ bilmədi, gələ bilməyincə isə Milli Şura mayanı batırmamaq üçün Cəmil Həsənlini namizəd göstərdi. Bu həmin Cəmil Həsənli idi ki, Azərbaycanda pula, vəzifəyə satmadığı siyasi qüvvə qalmayıb.

Kommunistləri AMİP-ə, AMİP-i AXC-yə, Elçibəyi “Yurd”a, AXCP-ni YAP-a, hazırkı hakimiyyəti xarici oliqarxlara, donorlara satıb.

Guya ziyalı, guya professor, guya siyasətçi, guya prezidentliyə iddiaçı olan bu adamın ağlına-dərrakəsinə, səviyyəsinə, danışığına bir baxın. Onun statuslarına rəy yazan insanları “milçək” deyib aşağılayır, canını almaqla hədələyir. Beləsinə elə öz üslubunda cavab vermək lazımdır. Beləsinə məhz onu xatırlatmaq lazımdır ki, milçəklər natəmizliyə toplanır, çirkaba yığışır, nəcisin üstünə qonur. Əgər prezident İlham Əliyevin siyasi mövqeyini müdafiə edən sosial şəbəkə istifadəçiləri milçəkdirsə, sən də, deməli, nəcissən, Cəmil Həsənli!

AzNews.az

image description

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …