Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Millət vəkili birincilərlə görüşüb

Bu gün millət vəkili Adil Əliyev Bakı şəhər Nərimanov rayonunun namizədliyini verdiyi ərazi dairəsində bu il birinci sinfə qədəm qoyan uşaqlarla görüşüb. Aztəminatlı ailələrdə eyni yaş kateqoriyasından olan uşaqları məktəb ləvazimatları ilə sevindirib. Millət vəkili qarşıdan gələn “Bilik günü” münasibətilə bütün birinciləri təbrik edib və onlara gələcək təhsillərində uğurlar, müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, həmin ərazi üzrə bu il birinci sinfə gedən 100 nəfər uşağa çanta, məktəbli geyimi və idman formaları verilib. Adil Əliyev millət vəkili olduğu bütün dövrlərdə adıçəkilən bu tədbirlər artıq adət halını alıb və bu il də öz ənənəsinə sadiq qalaraq kütləvi görüş və hədiyyələndirmə mərasimi ən yüksək səviyyədə baş tutub.

Check Also

Bakıda daha bir bina SÖKÜLÜR: 1340 AZN kompensasiya

Bakıda daha bir ünvanda yaşayış binası söküləcək. Söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu …