Bazar , 19 Yanvar 2025
Drone Cameras

“Milli Fədailər”in rəhbəri: “Abdulla Çatlını məzarını ziyarət edib, mesajımızı verəcəyik” – Müsahibə

“10 milyonluq xalqın içərisindən 100 nəfər həqiq fədai seçə bilsək bizə bəsdi”

Azərbaycanda onu çox adam tanımırdı. Bir neçə gün əvvəl adı böyük siyası qalmaqalda hallanana kimi. Birdən-birə sosial şəbəkələri onu şəkilləri bürüdü. Əli Kərimlinin rəhbəri olduğu AXCP-nin bütün arsenalı onun üzərinə hücuma keçdi. Hətta  partiya sədrinin özü onun barəsində xüsusi status paylaşdı. Məlum oldu ki, iki gənc arasında düşən virtual  mübahisə vəziyyəti gərginləşdirib. Çünki tərəflərdən biri AXCP üzvü olub və bizim barəsində danışacağımız şəxs onu “razborkaya” çağırıb. Sonra AXCP üzvü olmayan qarşı tərəfin silahlı fotoları yayıldı, hətta onu silahlı dəstənin başçısı olan kriminal element kimi təqdim etdilər. Bir partiyanın siyasi arsenalı ilə sona qədər mübarizə aparan, mövqeyində stabil qalan bu   gənc bizim diqqətimizi də həmin proseslərdən cəlb etdi. Qərara aldıq ki, onunla yaxından tanış olub, müsahibə götürək. “Feysbuk” üzərində bu niyyətimizi ona bildirdik, çox müsbət yanaşdı. Vədələşdiyimiz vaxt görüşdük. Yanında təşkilatın üzvü olan əlavə iki  nəfər də vardı. Hamısı da idmançı görkəmində. Beləliklə, müsahibimiz özünü “Milli Fədailər” təşkilatının rəhbəri kimi təqdim edən Fuad Muradovdur.

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …