Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi müzakirə edilir.
Boyukmillet.com xəbər verir ki, yeni qanun Azərbaycan ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edəcək, bu sahədə dövlət orqanlarının (qurumlarının), habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini, həmçinin onlar arasında yaranan münasibətləri tənzimləyəcək.
Qanunda daşıyıcı, ekspeditor, ekspeditora verilən muzd, müştəri, nəqliyyat-ekspedisiya fəaliyyəti, nəqliyyat-ekspedisiya fəaliyyətinin iştirakçıları, nəqliyyat-ekspedisiya xidmətləri, yük, yük-nəqliyyat sənədi kimi əsas anlayışlar təsbit edilib.
Sənəddə nəqliyyat-ekspedisiya fəaliyyətini həyata keçirmək üçün hüquqi əsaslar, nəqliyyat-ekspedisiya fəaliyyətinin həyata keçirilməsinin əsas prinsipləri və nəqliyyat-ekspedisiya xidmətləri öz əksini tapıb. Həmçinin nəqliyyat-ekspedisiya fəaliyyəti sahəsində dövlət tənzimləməsinin əsas məqsədləri və dövlətin vəzifələri, nəqliyyat-ekspedisiya fəaliyyətinə dövlət dəstəyi müəyyənləşdirilib.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
