Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Milli Müdafiə Universitetində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Milli Müdafiə Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Tarixin və zamanın fövqündə dayanan zirvə” mövzusunda elmi-praktik konfrans keçirilib.

Boyukmillet.com xəbər verir ki, Milli Müdafiə Universitetinin zabit, professor və müəllim heyətinin iştirakı ilə keçirilən konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçılar müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətindən danışıb, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğunda müasir hərb elminin inkişafına nail olunduğunu qeyd ediblər.

Konfransda həmçinin Ümummilli Liderin həyat və fəaliyyətinə dair müxtəlif mövzularda elmi məruzələr təqdim edilib.

Check Also

Azərbaycanın hərbi arsenalına və mülki infrastrukturuna vurulmuş maddi ziyanın məbləği elan edilib

Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə, habelə İkinci Qarabağ müharibəsi dövründə mülki infrastruktura ümumilikdə 5,2 …