Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Milli Şuranın mitinqi dağıldı: Polis açıqlama yaydı – YENİLƏNİB

1 200 nəfərədək üzv və təəssübkeş iştirak edib

Bakı şəhər Baş Polis İdarəsi  bu gün keçirilən aksiya ilə bağlı məlumat yayıb.

İdarədən Boyukmillet.com-a verilən xəbərə görə, oktyabrın 7-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA”  hərəkatlarının və  müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatının ümumi sayı 1 200  (min iki yüz)  nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

saat 15:56

Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilir.

Boyukmillet.com-ın xəbərinə görə, aksiyanın təhlükəsizliyi Bakı polisi tərəfindən təmin olunur.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir