Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Mircəfər Bağırovun qara “ZiS-110” avtomobili ABŞ-a necə gedib çıxdı…

Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri olmuş Mircəfər Bağırovunun xidməti Zis-110 avtomobili hazırda ABŞ-dadır və baxımsız qalıb.

Boyukmillet.com xəbər verir ki, bu haqda mag.auto.ru portalı yazır.

O dövrdə sovet rəhbərlərinin gəzdiyi “ZiS-110” (Stalin adına zavod) Böyük Vətən Müharibəsinin başa çatmasından sonra SSRİ-də seriya istehsalı həyata keçirilən ilk bu tip avtomobil idi. 194-1961-ci illər ərzində həmin avtomobildən 2089 nüsxə istehsal edilib. Və həmin avtomobillərdən biri sonradan ABŞ-a gedib çıxıb.Texas ştatının Hyuston şəhərinə gedib çıxan “ZiS-110” avtomobilini 2016-cı ildə eBay-da 200 min dollara satıblar. Bu, Mircəfər Bağırovun avtomobili idi…

1947-ci ildə istehsal edilmiş qara “ZiS-110” Stalin tərəfindən Mircəfər Bağırova hədiyyə edilmişdi. Stalinin ölümündən sonra Mircəfər Bağırov da işdən çıxarılır, həbs olunur və 30-cu illərdə həyata keçirilən amansız repressiyalara görə güllələnir. Avtomobil isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qarajında, küncdə atılıb qalır. 1968-ci ildə avtomobili Azərbaycan məmurlarından kiməsə bağışlayırlar.

1989-cu ildə ZiS yeni sahibinə çatır və o, 1998-ci ildə amerikalı avtomobil idxalçısı ilə tanış olur. Bir il sonra onlar anlaşırlar və nadir avtomobil ABŞ-a yola salınır. Orada uzun illər ərzində qarajda qalıb toz basır. 2016-cı ildə isə eBay-da satılır. Hazırda avtomobilin vəziyyəti ideal deyil, amma onu restavrasiya etmək və əvvəlki vəziyyətinə qaytarmaq mümkündür… 

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …