Çərşənbə , 3 İyul 2024
Drone Cameras

Əmisi oğlu Prezidenti qələbə münasibəti ilə təbrik etdi

Məlum olduğu kimi, aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində cənab İlham Əliyev yenidən ölkə başçısı seçilib. Bu əlamətdar hadisə münasibəti ilə cənab Prezidentin ünvanına təbriklər gəlməkdə davam edir. Artıq dünyanın bir çox tanınmış şəxsləri, nüfuzlu dövlət adamları cənab Prezidenti qələbə münasibəti ilə təbrik edib. Bu təbriklərə qoşulanlar sırasında Prezidentin doğmaları da var. Bu xüsusda İlham Əliyevin əmisi, mərhum akademik Aqil Əliyevin oğlu İlqar Əliyevin ölkə başçısına ünvanladığı təbriki təqdim edirik:

“Cənab Prezident!

Bizim doğmamız olan İlham Əliyev!

Sizi, 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibəti ilə ürəkdən təbrik edir və ali şəxsiyyətinizə ən xoş arzularımı bildirirəm. Səsvermənin nəticələri bir daha sübut edir ki, millətimiz qarşısında göstərdiyiniz misilsiz xidmətlər insanlarımız tərəfindən dərin ehtiram və sayğı ilə qarşılanır. Məhz bunun nəticəsidir ki, milyonlarla vətəndaşımız Sizi yenidən bu postda görmək arzusunu ifadə edib, sizə səs verdi.
Ökəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artırılması sahəsindəki çoxşaxəli fəaliyyətinizlə Siz bir daha sübut etdiniz ki, xalqımız gələcəyini sizin simanızda mərhum Prezident, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kursunun davamında görür.
Müasir dünyada cərayan edən kataklizmlərə baxmayaraq, Siz müdrik idarəetməniz sayəsində ölkəmizdə sabitliyi və əminamanlığı təmin edibsiniz. Sizin rəhbərliyiniz altında əhalinin sosial rifahı günü-gündən daha da yaxşılaşır.

Möhtərəm cənab Prezident!

Böyük səs çoxluğu ilə qələbə qazanmağınız ondan xəbər verir ki, xalq Sizin rəhbərliyiniz altında sabitliyə və təhlükəsizliyə, həyat səviyyəsinin yüksəldilməsinə, ölkənimizin ərazi bütövlüyünün təmin olunmasına dərin inam bəsləyir.
Bizim üçün bu qələbənin daha bir böyük mənası isə bundan ibarətdir ki, Siz bizim doğmamıssınız. Hesab edirəm ki, bu cür nailiyyətlərinizlə Siz həm də, mərhum əmim, Ümummilli Lider Heydər Əliyevin ruhunu şad etmiş olursunuz.

Mənim doğmam olan İlham Əliyev, icazə verin, bir daha Sizə can sağlığı və güclü Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayım. Qoy bu şərəfli  missiyanızda Allah hər zaman yardımçınız olsun!

Dərin hörmətlə, İlqar Əliyev ”.

(Azinforum.az)

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir