Bazar , 11 Yanvar 2026
Drone Cameras

MN: “Azad edilmiş ərazilərdə bu günədək 1 078 km-dən çox yeni təminat yolları çəkilib”

Azad edilmiş ərazilərdə bu günədək 1 078 km-dən çox yeni təminat yolları çəkilib.

Boyukmillet.com xəbər verir ki, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə cari ilin oktyabr ayı ərzində 50 km-dən çox, ümumilikdə işğaldan azad edilmiş ərazilərdə bu günədək 1 078 km-dən çox yeni təminat yolları çəkilib.

Bundan başqa yeni çəkilən təminat yollarına oktyabr ayı ərzində 81 ədəd, ümumilikdə isə 1 796 ədəd yol tanıtma nişanları quraşdırılıb.

Check Also

Ermənistanda azərbaycanlılara məxsus 200-dən çox qəbiristanlıq yol, ev və əkin sahələri ilə əvəzlənib

İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus 201 qəbiristanlıq yol, ev, sənaye və istehsal obyektləri, eləcə də …