Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

MN: “Düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki məşğələlər keçirilir”

Heydər Əliyev adına Hərbi İnstitutun tədris planı və proqramına uyğun olaraq düşərgə toplanışına cəlb edilən kursantlarla praktiki məşğələlər keçirilir.

Boyukmillet.com xəbər verir ki, keçirilən məşğələlər zamanı azimutla hərəkət, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, patrul xidmətinin təşkili, eləcə də meşəlik ərazilərdə aşkar edilən şərti düşmənin pusquya salınaraq məhv edilməsi üzrə tapşırıqlar icra edilib.

Həmçinin kütləvi qırğın silahlarından mühafizə üzrə dərslərdə də kursantlar fəal iştirak ediblər.

Düşərgə toplanışı zamanı çalışmaların yerinə yetirilməsində əsas diqqət kursantların praktiki və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Check Also

Hərbçilərlə bağlı YENİ QAYDA – RƏSMİ

Təlim və toplanışlara çağırılan hərbi vəzifəlilərin iş yerini itirib-itirməməsi ilə bağlı məsələyə aydınlıq gətirilib. Boyukmillet.com …