Çərşənbə , 4 Mart 2026
Drone Cameras

MN: “Ermənilər Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutur, cavab tədbirləri görülür”

İyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür.

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Check Also

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …