Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Monrealda erməni terroruna etiraz edilib

Kanadanın Kvebek əyalətinin Monreal şəhərində Kvebek Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə işğalçı erməni ordusunun Gəncə, Bərdə terroruna etiraz və Azərbaycan dövlətinə dəstək məqsədilə icazəli aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, aksiyada azərbaycanlı icması ilə yanaşı, bu ölkədə yaşayan rus və yəhudi icmasının nümayəndələri də iştirak ediblər.

“Dorchester” meydanında baş tutan aksiyada Azərbaycan, Türk, İsrail və Rusiyanın dövlət bayraqları dalğalandırılıb, “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni təcavüzünə son qoyun!”, “Bərdə üçün dua et!” kimi şüarlar səsləndirilib.

Aksiyada çıxış edənlər bildiriblər ki, Ermənistan dövlətinin işğalçılıq və təcavüzkarlıq siyasəti nəticəsində 30 ilə yaxındır ki, Azərbaycanın ərazi bütövlüyü pozulub. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanın haqlı mübarizəsini dəstəklədiklərini bildirən aksiya iştirakçıları təcavüzkar erməni ordusunun döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərə, dinc əhaliyə, istifadəsi qadağan edilmiş kasetli raketlərlə, hücumlarını kəskin şəkildə pisləyiblər.

Check Also

Azərbaycanı tanıtmaq üçün xarici blogerlərə 4 milyon vəsait ayrılıb

Dövlət Turizm Agentliyi bununla əlaqədar 4 tender elan edib Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ölkənin …