Cümə , 22 Noyabr 2024
Drone Cameras

Moskvada FTX və “SOBR” döyüşə hazır vəziyyətə gətirilib, yollarda postlar qurulub

Rusiyada Federal Təhlükəsizlik Xidmətinin (FTX) Moskva departamentinin əməkdaşları həyəcan siqnalı əsasında toplanılıb, mərkəzi küçərlərə hərbi texnikalar yeridilib.

Bu barədə Boyukmillet.com “BBC”nin Rusiya xidmətinə istinadən xəbər verir.

Xüsusi xidmət orqanlarına və orduya yaxın mənbələr bildiriblər ki, Don şossesində (Moskva-Voronej-Rostov-na-Donu) FTX “SOBR”ın dəstəyi ilə postlar qurub, məntəqələrdəki növbətçilərə təhlükə zamanı öldürmək üçün atəş açmaq əmri verilib.

Bundan əlavə, Rusiya mətbuatı Moskvada təhlükəsizlik qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyini, “Qala” planının da həyata keçirildiyini yazıb.

Eyni zamanda Daxili İşlər Nazirliyinin, Rusiya Qvardiyasının bütün heyətinin döyüş hazırlığı vəziyyətinə gətirilib, Luqansk və Donetsk ilə sərhəddəki postlar gücləndirilib.

Bundan başqa Moskvada bütün ən mühüm – dövlət energetika və nəqliyyat infrastrukturu obyektləri ciddi mühafizəyə götürülüb.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …