Bazar , 15 Mart 2026
Drone Cameras

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə konfrans keçirildi

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə “Rusiyanın azərbaycanlı gəncləri” mövzusunda konfrans keçirilib.

Boyukmillet.com xəbər verir ki, konfransda RAGB-nin fəalları, Azərbaycan diasporunun, Rusiyanın dövlət orqanlarının, gənclər təşkilatlarının nümayəndələri, bloqqerlər iştirak ediblər. Tədbirdə elm və təhsil, idman, mədəniyyət və digər sahələrdə birgə layihələrin hazırlanması və həyata keçirilməsi məsələləri müzakirə olunub.

RAGB layihələrinin əlaqələndiricisi Ramin Rəcəbov konfransı açaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın adından iştirakçıları salamlayıb, onlara uğurlu iş arzulayıb. O qeyd edib ki, RAGB konfransının Azərbaycanda fevralın 2-də qeyd olunan Gənclər Günü ərəfəsində keçirilməsi əlamətdar haldır. Bu yaxınlarda 10 illik yubileyini qeyd etmiş RAGB-nin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə gördüyü işlərdən danışan R.Rəcəbov təhsil, mədəniyyət, ekologiya, səhiyyə və digər sahələrdə gerçəkləşdirilmiş layihələrdən söz açıb. “Fərəhləndirici haldır ki, azərbaycanlı gənclər Rusiya cəmiyyətinə fəal inteqrasiya etməklə yanaşı, öz köklərini, adət-ənənələrini də yaddan çıxarmırlar”, – deyə o bildirib.

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …