Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var

Moskvada Mərkəzi Uşaq Mağazasında baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

Boyukmillet.com-un məlumatına görə, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin özünün teleqram kanalında bildirib.

O, hadisənin avadanlığın texniki nasazlığı nəticəsində baş verdiyini və dəqiq səbəblərin istintaq orqanları tərəfindən müəyyən ediləcəyini qeyd edib.

Bundan əvvəl Moskvanın Səhiyyə Departamenti 3 nəfərin xəsarət aldığını bildirib.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …