Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Moskvada Qara Qarayevin əsərlərindən ibarət konsert keçiriləcək

Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin doğum günü münasibətilə fevralın 5-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda onun əsərlərindən ibarət konsert keçiriləcək.

Tədbir təşkilatçılarının “Report”un Rusiya bürosuna verdiyi məlumata görə, konsertdə “Legend of Fire” triosunun virtuoz üzvləri Zəhra Bədəlbəyli, Ceyla Seyidbəyli və Nurlan Növrəsli çıxış edəcəklər.

Tədbirdə Qara Qarayevdən savayı Dmirti Şostakoviçin, Niyazinin, Arif Məlikovun, Vasif Adıgözəlovun və digər tanınmış bəstəkarların əsərləri səslənəcək. Bəzi əsərlər ilk dəfə olaraq səslənəcək.

Check Also

Əməkdar artist Yadigar Muradovun vida və dəfn yeri BİLİNDİ

Əməkdar artist Yadigar Muradov ilə vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək. Bu barədə …