Oktyabrın 22-də Rusiya xarici işlər naziri Sergey Lavrovun BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitlə görüşü zamanı Qarabağdakı vəziyyət də müzakirə olunacaq.
Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib:
“BMT xəttilə Suriyada, Əfqanıstanda, Efiopiyada, Ukraynada humanitar yardım məsələlərinə, habelə Qarabağdakı vəziyyətə dair müzakirə aparmaq nəzərdə tutulur”.