Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Mövlud Çavuşoğlu: “İsveç və Finlandiyadan terrorçularla əlaqələrini kəsməsini istəyirik”

“İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə bağlı Türkiyənin mövqeyi çox konkretdir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rumıniya və Polşadan olan həmkarları ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

O deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Ankaranın mövqeyini həm Finlandiya, həm də İsveç liderlərinə çatdırıb.

“Türkiyə NATO-nun açıq qapı siyasətini hər zaman dəstəkləyib. Bizim etirazımız həmin ölkələrin terror təşkilatlarını dəstəkləməsi ilə bağlıdır. Biz Finlandiya və İsveçin narahatlığını başa düşürük. Amma hər kəs də bizim təhlükəsizliyimizlə bağlı tədbirlərimizə hörmətlə yanaşmalıdır.

Zamanla bizim mövqeyimizi dəyişməyə vadar edəcəkləri barədə düşünmək doğru deyil. Bizim tələblərimizin həyata keçirilməsi qeyri-mümkün deyil. Hansısa ölkədən adlarını dəyişməsini istəmirik. Sadəcə həmin dövlətlərin terrorçularla əlaqələrini kəsməsini istəyirik”, – o söyləyib.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …