Bazar , 15 Noyabr 2026
Drone Cameras

Mövlud Çavuşoğlu Moskva səfərinin detallarını açıqlayıb

“Dünən Moskvada əvvəlcə rusiyalı həmkarım Sergey Lavrovla görüşdüm. Sonra isə İran və Suriyadan olan həmkarlarımla birlikdə dördtərəfli toplantı keçirdik”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber”ə müsahibəsində deyib.

O, Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb: “Məqsədimiz isə Suriyanın terrorçulardan təmizlənməsidir. Suriyanın indi humanitar dəstəyə ehtiyacı var”.

M.Çavuşoğlu bildirib ki, suriyalıların ölkələrinə qayıtması üçün təhlükəsiz mexanizm yaradılmalıdır: “Biz həmçinin oxşar iclasların davam etdirilməsinə dair razılığa gəldik”.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …