Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Mövlud Çavuşoğlu: “Müsəlmanlar Ərdoğanın qalib gəlməsi üçün dua edirlər”

“Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri təkcə ölkəmiz üçün deyil, həm də regionumuz və dünya üçün əhəmiyyətlidir. Bir çox ölkə və xalqlar, o cümlədən müsəlmanlar Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi üçün dua edirlər”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada vətəndaşlarla görüşdə deyib.

O bildirib ki, Türkiyə terrorçulara qarşı mübarizəni davam etdirəcək: “Bütün terrorçular Prezident Rəcəb Tayyib Ərdoğana qarşıdırlar, onlar Kamal Kılıçdaroğlunu dəstəkləyirlər”.

M.Çavuşoğlunun sözlərinə görə, Ukraynadakı müharibədə R.T.Ərdoğandan başqa sülh üçün çalışan lider yoxdur: “Prezidentimiz olmasa idi, “Taxıl sazişi” imzalana bilərdimi? Yaxud, əsir mübadiləsi həyata keçə bilərdimi?”.

Nazir qeyd edib ki, gərginlik təkcə Ukrayna məsələsi ilə bitmir: “Dünyadadı toqquşmaların 60 faizi bizim regiondadır. Ona görə də güclü olmağa məcburuq”.

M.Çavuşoğlunun sözlərinə görə, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında bir çox dünya dövlətləri iştirak edirlər: “Çünki biz də vaxtı ilə onlara dəstək olmuşuq”.

Check Also

Gürcüstan parlamenti qrantlarla bağlı dəyişiklikləri qəbul edib, hökumətdən icazə alınmalıdır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. “Report”un Gürcüstan bürosunun məlumatına görə, …