Bazar , 19 Yanvar 2025
Drone Cameras

Mövlud Çavuşoğlu: “Rusiya və İran Suriyada hücumları dayandırmalıdır”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Monteneqroya səfəri çərçivəsində paytaxt Podqoritsada həmkarı Srdcan Darmanoviçlə birgə keçirdiyi mətbuat konfransında Suriyadakı vəziyyətlə bağlı sualı da cavablandırıb. 

Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, o, məsələylə bağlı rəsmi Moskva və Tehrana çağırış edib. 

“Suriyada rejimin arxasında duran Rusiya və İran onun aqressiyasının qarşısını almalıdır”, – deyə XİN başçısı vurğulayıb. 

Xatırladaq ki, Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin fevralın 10-da hücumu nəticəsində İdlibdə Türkiyənin 5 əsgəri şəhid olub, 5-i isə yaralanıb. Bu gün isə günorta saatlarında müxaliflər Bəşşar Əsəd ordusuna aid helikopteri vurub. Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan isə əməliyyatların davam etdiriləcəyini bildirib.

Check Also

İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır -RƏY

Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər Ermənistan …