Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

MSK: “37 ölkədə 49 seçki məntəqəsi yaradılıb”

37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

Boyukmillet.com-un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

“Həmin məntəqələrdə artıq 23 minə yaxın seçici siyahıya alınıb. Səsvermə günü öz məntəqəsində olmayan şəxs qeydiyyatdan çıxma sənədi ilə istədiyi yerdə səs verə biləcək. Bu, həm xaricdə, həm də ölkədə yaşayan seçicilərə aiddir”, – M.Pənahov vurğulayıb.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Check Also

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən …