Şənbə , 23 Noyabr 2024
Drone Cameras

MSK RAZİ NURULLAYEVLƏ BAĞLI QƏRAR VERDİ – 6 məntəqənin nəticələri etibarsız sayıldı

MSK-nın bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədlər Hüseynli İlqar, Fərzəliyev Murad və digərlərinin müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

O bildirib ki, müraciət edən şəxs İ.Hüseynli DSK-ya müraciət edərkən bir neçə seçki məntəqəsinin nəticələrini mübahisələndirib: “Lakin MSK-ya müraciət edəndə həmin dairə üzrə məntəqələrin sayını artırıb. O, 1 protokol da təqdim edib. 

Digər namizədlər də şikayətləri ilə bağlı disk də təqdim ediblər. Hər bir videogörüntü üzrə araşdırma aparılıb. Araşdırmalar zamanı 2 məntəqədə – 14 və 23 saylı məntəqələrdə pozuntular aşkarlanıb. Araşdırmalarda 23 saylı məntəqədə bülletenlərin topa şəkildə atılması faktı aşkar edilib. Bundan əlavə, 16, 25 və 21 saylı məntəqələrdə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib. Bu da həmin məntəqələr üzrə (14, 16, 21, 23 və 25 saylı məntəqələr) nəticələrin etibarsız hesab edilməsinə şərait yaradır”.

İclasda həmin dairənin 5 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …