Şənbə , 21 Fevral 2026
Drone Cameras

MSK saat 17:00-a olan seçici fəallığını AÇIQLADI

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.

MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17.00-a qədər respublika üzrə 1520133 nəfər  səs verib və seçici fəallığı 30,57 faiz olub.

Qeyd edək ki, bələdiyyə seçkilərində səsvermə prosesinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.

Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi barədə saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …