drik fikirlərin birində deyilir ki, min kilometrlərlə uzunluğundakı yol da sadəcə bir addımla başlayır.Dövlətçilikdə isə uğura gedən yol həm də böyük vətənpərvərlik, torpağa, yurda, xalqa bağlılıq tələb edir. Ulu öndərimiz Heydər Əliyev də deyirdi ki, dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır.
1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasından başlanan inkişaf, quruculuq və sabitliyin əsasında da uzun bir yolda zamanında atılmış düzgün addım və dövlətçiliyə sonsuz sədaqət dayanır. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən cənab Vasif Talıbov qısa zaman kəsiyində Naxçıvanda ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqətin real nümunəsini yaratdı.
Bir anlıq həmin dövrün Naxçıvanına qayıdaq:köhnə binalar, məktəblər, xəstəxanalar, uçub-dağılan şəhər infrastrukturu, səliqəsiz və dar küçələr, işıqsız, qazsız, susuz mənzillər, təmirsiz yollar, miskin görkəmli qəsəbə və kəndlər, nizam-intizamsızlıq.Bunlarla yanaşı, iqtisadiyyatın bütün sahələrində hökm sürən durğunluq, ətalət, əkilməyən, kotan üzünə həsrət qalan torpaqlar, suyu quruyan anbarlar, xaricdən daşınan un, çörək, kartof, soğan, iflic vəziyyətindəki yerli istehsal, qırılan meşələr, günü-gündən sayı azalan ağaclar, sökülüb-dağılan abidələr, unudulan tarix, yaddan çıxan dəyərlər, daha nələr, nələr, nələr…
Bəs ötən dövrdə dəyişən nə oldu? Dəyişən elə bütövlükdə Naxçıvan oldu.
Müasir Naxçıvanın reallıqları:
- Hər il iqtisadi göstəricilərin artan dinamika üzrə davam etməsi;
- Ümumi inkişafın əsas şərti olan ərzaq və enerji təhlükəsizliyinin təmin olunması;
- Ordu quruculuğuna böyük diqqətin artırılması və müdafiə təhlükəsizliyinə nail olunması;
- Fəaliyyətə başlayan böyük sənaye müəssisələri, yaradılan yüzlərlə istehsal və xidmət sahəsi, açılan minlərlə yeni iş yerləri, davamlı məşğulluq və yüksək rifah;
- Bütün təhsil pillələri üzrə yaradılan ən müasir tədris infrastrukturu, maddi-texniki baza və yetişən sağlam gənclik, ixtisaslı kadrlar, formalaşan etibarlı gələcək;
- Qurulan səhiyyə müəssisələri, hazırlanan ixtisaslı həkimlər və insan sağlamlığına verilən yüksək qiymət;
- Yeni texnologiyalara keçid, sürətli internet və təmin edilən informasiya təhlükəsizliyi;
- Kənd təsərrüfatına qayğı, on minlərlə hektar yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, yerli istehsalın həcminin artması və ərzaq məhsullarına olan tələbatın 100 faiz ödənilməsi;
- İdxal əsaslı iqtisadiyyatdan ixrac potensiallı iqtisadiyyata keçid;
- Ən ucqar dağ kəndlərindən şəhərlərə qədər aparılan böyük quruculuq işləri, müasirləşən yaşayış məntəqələri, kəndlə şəhər arasındakı fərqin ortadan götürülməsi, rahat və firəvan yaşayış, artan məskunlaşma;
- Salınan min hektarlarla bağlar, yaşıllıqlar, həyata keçirilən ekoloji siyasət, qorunan və zənginləşdirilən təbiət;
- Tarixi-mədəni irsə sahiblik, milli və mənəvi dəyərlərin yaşadılması, abidələrin bərpa olunması, tarixin yenidən yazılması;
- Artan turizm potensialı, dünyanın diqqətinin Naxçıvana yönəldilməsi və hər ilə yüz minlərlə turistin bu qədim diyara səfər etməsi;
- Asayişin təmin olunması, təhlükəsiz, cinayətsiz həyat, sabitlik;
Naxçıvan inkişaf və tərəqqi yolunda daha böyük addımlarla irəliləyir. Bunun səbəbini Ali Məclisin Sədri belə dəyərləndirmişdir: “Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ümummilli liderimiz Heydər Əliyevin əsəridir. Muxtar respublikada bütün uğurlara Heydər Əliyev yolunun davam etdirilməsi, ölkə Prezidentinin Azərbaycanın bütün regionları kimi, Naxçıvana da göstərdiyi diqqət və naxçıvanlıların zəhməti sayəsində nail olunmuşdur. Naxçıvanda blokada sözü unudulub. Çalışmaq, zəhmət çəkmək və məqsədə nail olmaq blokadanın bütün çətinliklərini arxada qoyub”.
Ülvi Hüseynli
Jurnalist