Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Mübariz Mənsimov aclığa başladı

İstanbulda bu gün saxlanılan “Palmali” Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun bu saatlarda azadlığa  buraxıldığı barədə məlumat təsdiqini tapmayıb.

Boyukmillet.com xəbər verir ki, jurnalist Fuad Abbasovun feysbuk üzərindən canlı apardığı proqrama telefon zəngi ilə “Palmali” şirkətlər qrupunun rəsmisi Fidan Quliyeva qoşulub.

F.Quliyeva bildirib ki, Mübariz Mənsimov sərbəst buraxılmayıb: “Hətta Mübariz bəy yemək və su içməkdən imtina edib. Baxmayaraq ki, bu günlərdə əməliyyat olunub. Bu gün onun ofisində və evində araşdırma aparılıb, ancaq “FETÖ” ilə ilgili heç bir dəlil tapılmayıb, heç tapıla da bilməz. Çünki onlarla heç zaman əlaqə olmayıb, ola da bilməz”.   /Modern.az/

Check Also

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Rəfiqə qrantları” -2-3 min manatlıq layihəyə 1000…FOTOLAR

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin daha iri büdcə ilə eyni mövzuda filmlərin təkrar hazırlanmasına maliyyə ayırıb(?) …