Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daima hazır olmağı əmr edib

Azərbaycanın müdafiə naziri Zakir Həsənov orduya istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Zakir Həsənov sentyabrın 10-da Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə deyib.

Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə əməliyyat şəraiti və mövcud vəziyyət geniş təhlil edilib.

Ermənistan silahlı qüvvələrinin son dövrdə Kəlbəcər və Laçın rayonları istiqamətlərində Ordumuzun mövqelərini intensiv atəşə tutması nəticəsində yarana biləcək gərginliyi xüsusi vurğulayan müdafiə naziri istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.

Check Also

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …