Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Muğan qəsəbəsində qanunsuz ov edənlər saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Muğan qəsəbəsi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən iki nəfər saxlanılıb.

Boyukmillet.com xəbər verir ki, araşdırmalarla onların Bakı şəhər sakini E.Xəlilov və Sumqayıt şəhər sakini A.Fərzəliyev olduqları müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmin şəxslərdən 2 ədəd ov silahı, 1 ədəd səsgücləndirici və qanunsuz olaraq ovlanmış çöl ördəkləri aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Check Also

Yağışdan sonra sürüşmə zonaları aktivləşib- Rəsmi

Son günlər yağan intensiv yağıntılar nəticəsində ölkə ərazisində mövcud sürüşmə sahələrində müəyyən dəyişikliklər qeydə alınıb. …