Klassik Xalq Cəbhəsi Partiyasının Ağstafa rayon şöbəsindən redaksiyamıza daxil olan məlumata görə 18 oktyabr 2024-cü il tarixində günorta saat 15 radələrində KXCP fəallarından olan Afər Quliyevin Ağstafa rayonu M. Ə. Rəsulzadə ünvanında yerləşən yaşayış evinə Ağstafa rayon Polis İdarəsinin əməkdaşları tərəfindən basqın edilmişdir.
Əməkdaşlarımız hadisə yerinə gedərək həmin ünvanda yaşayan Afər Quliyevin atası Nöfəl Quliyevlə həmsöhbət oldular.
Nofəl Quliyevin bildirdiyinə görə onlar bütün ailə üzvləri ilə birlikdə Bakı şəhərində olmuşlar. Lakin qonşusu ona zəng edərək polislərin qapını sındıraraq evə daxil olduqlarını, evdə axtarış tədbirlərinin həyata keçirildiyini bildirmişdir. Nofəl dayı təcili olaraq Ağstafaya qayıdaraq evə gəlmişdir.O evin qapısının sındırıldığını evin isə ələk-vələk edildiyini görüb. Əməkdaşımız Nofəl dayıya “niyə polisə getmirsiz”deyə sual verib, o isə zatən bu vəhşiliyi polis eliyib , “mən kimdən kimə şikayət edəcəm?” deyərək içini çəkdi. Nofəl dayı onu da bildirdi ki, oğlu ölkəni tərk etdikdən sonra onu dəfələrlə polis idarəsinə çağırırlar. Bir neçə dəfə onu qanunsuz olaraq polis bölməsində saxlamışlar, sahə müvəkkili isə dəfəflərlə evə gələrək ona hədə qorxu gəlir.
Müsahibə zamanı öyrəndik ki, Afər Quliyev KXCP-nin fəal üzvlərindən biridir, 2 il öncə siyasi təzyiqlər nəticəsində şərlənərək həbs edilmə təhlükəsi ilə üz-üzə qaldığı üçün ölkəni tərk etmək məcburiyyətində qalmışdır. Lakin o ölkəni tərk etsə də onunla bağlı təzyiqlər bitmir və artıq onun ailə üzvləri də polisin hədəfinə çevrilib.
Qeyd edilən məsələ ilə bağlı dəfələrlə əməkdaşlarımız tərəfindən Ağstafa rayon Polis İdarəsi ilə əlaqə saxlanılsa da suallarımıza heç bir cavab verilmir.