Şənbə , 14 Mart 2026
Drone Cameras

Müntəzəm marşrut xətlərindən Vətənə dəstəklə bağlı kreativ aksiya

Paytaxtda marşrut avtobuslarının bəziləri maraqlı tərtibatda xəttə çıxarılıb. Avtobusların üzərinə “Qarabağ Azərbaycandır!” və “Qələbə Bizimlədir!” şüarı yazılıb. Həmçinin dövlət bayrağı və ölkəmizin xəritəsi əks olunub.

Bu barədə Boyukmillet.com Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumatda deyilir: “Avtobusların vətənpərvərlik mövzusunda tərtibatı böyük marağa səbəbə olub. Aksiyanın keçirilməsində məqsəd cəmiyyətimizdə mövcud olan yüksək vətənpərvərlik ruhunu daha da artırmaqdır. Qeyd edək ki, bu tərtibatda avtobuslar 13 və 14 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edirlər”.

Check Also

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

Azərbaycanda məhkum cəriməsini müəyyən edilmiş müddətdə ödəmədikdə məbləğ ilk növbədə onun əməkhaqqından tutulacaq. Boyukmillet.com xəbər …