Çərşənbə axşamı , 28 May 2024
Drone Cameras

Nə? Harda? Nə zaman? intelektual oyununun qalibi “Azertexnolayn” oldu

“Azertexnolayn” MMC “Azmade Group” şirkətlər qrupuna daxil olan şirkətlər və əməkdaşlar arasında korporativ bağları gücləndirmək, zəka və əyləncəni bir araya gətirmək məqsədilə Nə? Harda ? Nə zaman ? intellektual oyunu çərçivəsində keçirilən “Zəka dolu Əyləncə” adlı tədbirin iştirakçısı olub.

Tədbirdə açılış nitqi edən “Azmade Group” şirkətlər qrupunun idarə heyətinin sədri Emruz İsgəndərov bu kimi tədbirlərin kollektiv arası münasibətlərdə əhəmiyyətini vurğulayıb, iştirakçı komandalara uğurlar arzuluyub.

“Azertexnolayn”şirkəti 10 komanda ilə yarşmalarda təmsil olunub.

Yarışda ölkəmizin aparıcı sənaye müəssisələrini özündə birləşdirən “Azmade Group”un 5 şirkətindən ümumilikdə 20 komanda iştirak edib. Yarış “Nə? Harada? Nə Zaman?”əyləncəli oyunu çərçivəsində turnirlər şəklində keçirilib.

Davam edən turnirlərin yekunlarına əsasən birinci və üçüncü yerin qalibləri “Azertexnolayn” şirkətinin “Texniki Avadanlıqlar Zavodunun” komandası və “Mərkəz” komandası olmaqla keçirilən yarışmanın əsas qalib şirkəti olmuşdur.

Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılıb və təltif olunublar.

“Azertexnolayn” ölkənin qabaqcıl istehsalçı şirkəti olmaqla “Made in Azerbaijan” brendi adı altında 62 çeşiddən çox sənaye məhsulları istehsal edir ki, bu məhsullar da ölkə tələbatını ödəməklə birgə 21 ölkəyə ixrac edilir.

Check Also

Vüqar Bayramov: “İri sahibkarlar arasında qadınlar azdır”

Azərbaycanda hər 5 sahibkardan 1-i qadın olsa da, iri sahibkarlar arasında qadınlar xeyli azdır. Boyukmillet.com xəbər …