Cümə , 17 May 2024
Drone Cameras

Şirvanda avtomat tapılıb, 11 tüfəng isə polisə təhvil verilib

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Boyukmillet.com xəbər verir ki, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 19 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 11 şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

Check Also

“Bravo”ya silahlı hücumda öldürülən şəxsin bacısı: “Almaniyaya köçməyə hazırlaşırdı”

Məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb Bakının Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketinə silahlı hücum zamanı qətlə yetirilən …